Çin və Vyetnam hakimiyyətləri Cənubi Çin dənizində sabit vəziyyətin təmin edilməsi üçün birgə səylər göstərməlidirlər.
“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Van İ bəyan edib.
“Dəniz məsələləri lazımi qaydada tənzimlənməli, Cənubi Çin dənizində sülh və sabitliyin təmin edilməsi üçün birgə səylər göstərilməlidir”, – deyə Çin Xarici İşlər Nazirliyinin rəsmi saytında Van İnin Pekində vyetnamlı həmkarı Le Hoay Çunqla görüşü zamanı səsləndirdiyi fikirlərdən sitat gətirilib.
Çinli diplomatın sözlərinə görə, Pekin Vyetnamla əməkdaşlıq çərçivəsində dəniz, quru və hava nəqliyyatı sahələrində hərtərəfli inteqrasiyanın inkişafına yardım göstərməyə hazırdır. O, ticarət və investisiya prosedurlarının sadələşdirilməsinin, yeni sahələrin inkişafı üçün əlverişli imkanlardan istifadə edilməsinin, turizm və kadr hazırlığı sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Van İ bildirib ki, Pekin və Hanoy beynəlxalq arenada baş verən böyük dəyişikliklərlə bağlı çağırışlara uğurla cavab verirlər. O, həmçinin noyabrın 18–19-da Çinin cənubundakı Quanqdon əyalətinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində qarşılıqlı dəstəyin vacibliyini qeyd edib.
İsrail Prezidenti MSK sədri tərəfindən parlament seçkilərinin rəsmi nəticələrini qəbul edib
"Politico": Aİ Kiyevin maliyyələşdirilməsi üçün Kanadadan daha böyük kömək gözləyir
1932-ci ildən bəri ilk dəfə olaraq demokrat namizəd Kanzas ştatından Senata seçilib