Bu ilin yanvar ayı ərzində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində (İB) əhali sektoru üzrə 9 min 593 yeni abonent qeydiyyata alınıb. Bunun da 5 min 732-i Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, 3 min 861-i isə digər regionlar üzrədir.
“Azəriqaz”ın ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bununla da ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 milyon 14 min 551-ə çatıb.
Fevralın 1-nə olan məlumata görə, qeyri-əhali sektoru üzrə 409 məscid və dini məbədə təbii qazdan pulsuz istifadə üçün limit ayrılıb.
Enerji Dialoqu Platforması çərçivəsində gənc media nümayəndələrinin “Neft Daşları”na səfəri təşkil olunub
SOCAR-ın prezidenti IPA şirkətinin prezidenti və baş icraçı direktoru ilə görüşüb