“Azərikimya” da “SOCAR-UNİPER” MMC birgə müəssisəsinin Direktorlar Şurasının növbəti yığıncağı keçirilmişdir
“Azərikimya” İstehsalat Birliyində SOCAR-ın Baş ofisinin və Almaniyanın UNİPER şirkətinin nümayəndələrinin iştirakı ilə “SOCAR-UNİPER” MMC birgə müəssisəsinin Direktorlar Şurasının 4-cü yığıncağı keçirilmişdir.Yığıncaqda Etilen-polietilen zavodunun Buxar-Generator Kompleksinin enerji effektliyinin artırılması məqsədi ilə inşa olunacaq yeni Buxar Turbogenerator qurğusunun tikintisi ilə bağlı birgə müəssisənin apardığı işlər haqqında hesabatı dinlənilmiş, qarşıda duran məsələlər geniş müzakirə olunmuşdur. Yığıncaq iştirakçıları və Sumqayıtda səfərdə olan Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrab Etilen-polietilen zavodunda olmuşlar.
Qonaqlara “EP-300” qurğusunda icra olunan modernizasiya işləri, o cümlədən Buxar-Generator Kompleksinin enerji effektliyinin artırılması məqsədi ilə inşa olunacaq yeni Buxar Turbogenerator qurğusunun tikinti işləri ilə bağlı ətraflı məlumat verilmişdir.
Enerji Dialoqu Platforması çərçivəsində gənc media nümayəndələrinin “Neft Daşları”na səfəri təşkil olunub
SOCAR-ın prezidenti IPA şirkətinin prezidenti və baş icraçı direktoru ilə görüşüb