Rusiyanın ən böyük neft istehsalçısı olan “Rosneft” şirkətinin qaz hasilatı 2016-cı ildə əvvəlki illə müqayisədə 7,3 faiz artaraq 67,1 milyard kubmetr təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə şirkət məlumat yayıb. Bildirilir ki, “Rosneft”in xam neft və maye qaz hasilatı 2016-ci ildə 210 milyon ton təşkil edib.
Şirkətin orta sutkalıq karbohidrogen hasilatı 5,83 milyon barrel neft ekvivalentində olub və ötən ilin üçüncü rübü ilə müqayisədə isə dördüncü rübdə 11,8 faiz artıb.
Enerji Dialoqu Platforması çərçivəsində gənc media nümayəndələrinin “Neft Daşları”na səfəri təşkil olunub
SOCAR-ın prezidenti IPA şirkətinin prezidenti və baş icraçı direktoru ilə görüşüb