ABŞ-da fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı ötən hesabat həftəsində 10 ədəd artaraq 751-ə çatıb.
AZƏRTAC “Baker Hughes” şirkətinə istinadla xəbər verir ki, ABŞ-da aktiv neft quyularının sayı 6 ədəd artaraq 597, qaz quyularının sayı 4 ədəd çoxalaraq 153, qarışıq fəaliyyət göstərən quyuların sayı isə dəyişməyərək bir ədəd olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 184 ədəd, qaz quyularının sayı 52 ədəd, ümumilikdə neft-qaz quyularının sayı isə 237 ədəd artıb.
Enerji Dialoqu Platforması çərçivəsində gənc media nümayəndələrinin “Neft Daşları”na səfəri təşkil olunub
SOCAR-ın prezidenti IPA şirkətinin prezidenti və baş icraçı direktoru ilə görüşüb