Rusiyanın enerji nəhəngi “Gazprom Neft” şirkətinin xalis mənfəəti ötən il 2015-ci illə müqayisədə 82,5 faiz artaraq 200 milyard rubl (təxminən 3,5 milyard dollar) olub.
AZƏRTAC xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir. Bildirilir ki, şirkətin neft istehsalı da ötən il artıb. Xalis mənfəətin çoxalmasına səbəb də məhz neft hasilatının artmasıdır.
“Gazprom Neft”in neft istehsalı isə keçən il 2015-ci illə müqayisədə 8,2 faiz artaraq 86,2 milyon tona çatıb.
Enerji Dialoqu Platforması çərçivəsində gənc media nümayəndələrinin “Neft Daşları”na səfəri təşkil olunub
SOCAR-ın prezidenti IPA şirkətinin prezidenti və baş icraçı direktoru ilə görüşüb