SOCAR 2017-ci ilin fevral ayında Novorossiysk limanından 79 min 841 ton, Supsa limanından 349 min 272 ton, Ceyhan limanından 1 milyon 323 min 71 ton xam neft ixrac etmişdir.
Ümümilikdə yanvar-fevral ayları ərzində Novorossiysk limanından 159 min 777 ton, Supsa limanından 525 min 382 ton, Ceyhan limanından 2 milyon 721 min 511 ton xam neft ixrac edilmişdir.
SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.
Enerji Dialoqu Platforması çərçivəsində gənc media nümayəndələrinin “Neft Daşları”na səfəri təşkil olunub
SOCAR-ın prezidenti IPA şirkətinin prezidenti və baş icraçı direktoru ilə görüşüb