Amerikanın “Anadarko Petroleum Corp.” neft-qaz kəşfiyyatı və hasilatı şirkətinin köməkçi şöbəsi “Alta Resources Development LLC”nin verdiyi məlumata görə, şirkət Pensilvaniya və bəzi boruxətti ərazilərindəki təbii qaz yataqlarını 1.2 milyard dollara satışa çıxarıb.
“İki sahil” nasdaq.com saytına istinadən xəbər verir ki, sazişə 72000 fut ərazini əhatə edən “Marcellus” şist yataqları və avadanlıqlar daxildir. Şirkət yataqları bu il satmağı proqnozlaşdırır. “Anadarko Petroleum Corp.” şirkəti “Marcellus” yatağının satışının çıxış yolu olduğunu Kolorado ştatındakı DJ, Texas ştatındakı Delaware hövzəsinə Texas çoxlu dollar sərmayə qoyduğunu və Pensilvaniya və digər ərazilərdəki yataqları satışa məhz bu səbəbdən çıxardığını elan edib.
Enerji Dialoqu Platforması çərçivəsində gənc media nümayəndələrinin “Neft Daşları”na səfəri təşkil olunub
SOCAR-ın prezidenti IPA şirkətinin prezidenti və baş icraçı direktoru ilə görüşüb