“SOCAR PETROLEUM” QSC xanım sürücülər üçün keçirilmiş aksiyada iştirak etmişdir
8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən “SOCAR PETROLEUM” QSC-nin iştirakı ilə “Nümunəvi qadın sürücü” devizi altında ənənəvi aksiya keçirilmişdir.
Paytaxtın müxtəlif küçə və prospektlərində reydlər təşkil olunmuş və nümunəvi xanım sürücülər “SOCAR PETROLEUM” QSC tərəfindən 20 manatlıq yanacaq kuponu ilə mükafatlandırılmışdır.
Aksiya zamanı sürücülərə “SOCAR” yanacaqdoldurma məntəqələrinin xidmət sahələri və yanacağın keyfiyyəti barədə qısa məlumat verilmişdir.
Enerji Dialoqu Platforması çərçivəsində gənc media nümayəndələrinin “Neft Daşları”na səfəri təşkil olunub
SOCAR-ın prezidenti IPA şirkətinin prezidenti və baş icraçı direktoru ilə görüşüb