Kanadanın “Husky Energy” nəhəng enerji şirkəti keçən həftə Alberta əyalətinin cənub-qərbində yerləşən boru xəttində yaranan sızma nəticəsində 25000 litr xam neftin sızaraq ətrafa yayıldığını elan edib.
Şirkətin sözçüsü Mel Duvalın “Canadian Press”ə verdiyi müsahibədə “Cox Hill” körfəzinin çirklənmədən təmizləndiyini bildirib. O, həmçinin sızmanın yayıldığı ərazidə qaya parçalarının olduğunu və təmizləmə işlərinin çətinliklə həyata keçirildiyini vurğulayıb.
“İki sahil” cbc.ca saytına istinadən xəbər verir ki, sızmanın baş verdiyi ərazi ekskursiya, düşərgə və gəzinti üçün nəzərdə tutulan ən məşhur məkanlardan biri hesab olunur.
Duval təmizləmə işlərinin bir neçə günə yekunlaşacağını və təmir işlərinə başlanılacağını bildirib. Eyni zamanda bəyan edib ki, şirkət hadisənin səbəbini araşdırır.
Qeyd edək ki,ən son belə bir hadisə ilə şirkət keçən ilin iyul ayında üzləşmişdi, o zaman 225000 litr yüngül neft sızaraq Saskatçevan ərazisini çirkləndirmişdi.
Enerji Dialoqu Platforması çərçivəsində gənc media nümayəndələrinin “Neft Daşları”na səfəri təşkil olunub
SOCAR-ın prezidenti IPA şirkətinin prezidenti və baş icraçı direktoru ilə görüşüb