Rusiya Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) və qeyri-OPEC ölkələri ilə xam neft hasilatınin azaldılması üzrə Vyana müqavilə çərçivəsində gündəlik hasilatını 200 min barrel azaldıb.
AZƏRTAC “ria.ru”ya istinadla xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak deyib. Nazir bildirib ki, aprelin sonunadək Rusiya götürdüyü öhdəliyi tam yerinə yetirəcək və hasilatı sutkalıq 300 min barrel azaldacaq.
Qeyd edək ki, OPEC-in Monitorinq Komitəsinin növbəti görüşünün mayın 25-də keçirilməsi planlaşdırılır. Həmin görüşdə neft hasilatının azaldılması üzrə müqavilənin müddətinin daha 6 ay uzadılması barədə qərar qəbul edilməsi gözlənilir. İlkin müqavilə isə ilin birinci yarısınadək idi.
Enerji Dialoqu Platforması çərçivəsində gənc media nümayəndələrinin “Neft Daşları”na səfəri təşkil olunub
SOCAR-ın prezidenti IPA şirkətinin prezidenti və baş icraçı direktoru ilə görüşüb