Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRACECA (Transport Corridor Europe-Caucasus-Asia - Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi) layihəsi ilə bağlı qəbul olunmuş qanunun qüvvəyə minməsinə dair sənədi təsdiqləyib. “Report”un "Anadolu" Agentliyinə istinadən verdiyi xəbərə görə, prezident sənədi bu gün səhər imzalayıb.
Qeyd edək ki, “Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi üzərindən beynəlxalq daşımaların inkişaf etdirilməsi üzrə çoxtərəfli təməl razılaşmasına dəyişikliklər haqqında Protokolun təsdiqlənməsi haqqında" qanun bu ilin martın 14-də Türkiyə parlamentində qəbul edilib.
Xatırladaq ki, bu gün R.T.Ərdoğan ümumilikdə 54 qanunu təsdiqləyib.
Enerji Dialoqu Platforması çərçivəsində gənc media nümayəndələrinin “Neft Daşları”na səfəri təşkil olunub
SOCAR-ın prezidenti IPA şirkətinin prezidenti və baş icraçı direktoru ilə görüşüb