İtaliyanın nəhəng “Eni” neft və qaz şirkəti Barent dənizində qazma işlərini yekunlaşdırıb. Şirkətin apardığı qazma işləri uğursuzluqla nəticələnib.
“İki sahil” “oedigital.com” saytına istinadən xəbər verir ki, qazma işlərinin aparıldığı “Bone” quyusu “Scarabe 8” yarımdalma qazma qurğusu vasitəsilə suyun 3501 metr dərinliyində qazılıb. “Bone” quyusu Hammerfest əyalətinin 320 km şimal-qərbində qazılıb. “Fareo Petroleum” şirkətinin icraçı sədri Qraham Stevartın verdiyi məlumata görə, şirkətin qazma işləri apardığı Barent dənizində qazılan “Bone” quyusunda karbohidrogen təzahürlərinə rast gəlinməyib və tez bir müddətdə quyu tərk olunub.
Qeyd edək ki, “Eni” şirkəti 2017-ci il qazma proqramına başlayıb və yüksək gəlir əldə edəcəyi əraziləri hədəfə alıb.
Enerji Dialoqu Platforması çərçivəsində gənc media nümayəndələrinin “Neft Daşları”na səfəri təşkil olunub
SOCAR-ın prezidenti IPA şirkətinin prezidenti və baş icraçı direktoru ilə görüşüb