Beynəlxalq Enerji Agentliyi (IEA) qlobal neft təklifi ilə bağlı proqnozunu artıraraq hazırkı vəziyyətdə qiymətlərin daha çox ucuzlaşacağını bildirib.
AZƏRTAC xəbər verir ki, qurum İran və İraq kimi OPEC-ə üzv ölkələrinin bazarda neft təklifini artırdığı və tələbatın azalacağı qənaətindədir. IEA-ya görə, bu ilin ilk rübündə bazarda təklif tələbata nisbətdə gündəlik orta hesabla 1,75 milyon barrel çox olacaq.
Qurum keçən ay təklifin gündəlik orta hesabla 1,5 milyon barrel olacağını və OPEC-in hasilatı çoxaldacağı təqdirdə bu rəqəmin artacağını proqnozlaşdırmışdı.