27 iyun 2022 12:04
981

Masallıda karate yarışı keçirildi - FOTO

Masallıda idman həvəskarları maraqlı bir yarışın şahidi oldular. Belə  ki, burada keçirilən   kyokuşin karate idman növü üzrə respublika turniri gərgin mübarizə şəraitində başa çatdı.

Masallı  Olimpiya Kompleksində  rayon Gənclər və İdman İdarəsinin, Azərbaycan Respublikası “OYAMA” döyüş növləri İdman klubu ictimai birliyinin və Beynəlxalq İFK Kyokuşin karate təşkilatının Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı  sayəsində baş tutan, “26 iyun- Azərbaycan Silahlı Qüvvələri Günü” nə  həsr olunmuş uşaqlar, yeniyetmə və gənclər, qadınlar və kişilər  olmaqla kyokuşin karate idman növü üzrə Respublika  turnirdə Masallı idmançıları ilə yanaşı Astara, Bakı şəhərindən 5 klub ibarət 130 nəfərə yaxın idmançı iştirak etmişdir.

Turnirin açılış mərasimində öncə  Dövlət Himni oxundu,   Vətən torpaqların azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı.

Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, Azərbaycan Respublikası “OYAMA” döyüş növləri İdman klubu ictimai birliyinin və Beynəlxalq İFK Kyokuşin karate təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əliyev söz alıb idmançıları “26 iyun- Azərbaycan Silahlı Qüvvələri Günü” münasibətilə təbrik etdilər, turnirin təşkilində əsas məqsədin regionlarda karate idman növünün inkişafına  və idmançılar arasında dostluq əlaqələrinə dəstək vermək, gəncləri zərərli vərdişlərdən uzaq salmaq , sağlam həyat tərzinin təbliğindən ibarət olduğunu  söylədilər.

Sonra turnirin qalib  idmançılar təşkilatçılar tərəfindən diplom və medallarla təltif olundular. Turnirdə Vətən Müharibəsi iştirakçısı Xalid Adilzadəyə  isə  “Təşəkkürnamə” təqdim edildi.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü