Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.
“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi təxminən 35 minə yaxın canlı qüvvəsini itirib.
Bundan başqa, Rusiyanın 1 552 ədəd tankı, 3 687 ədəd zirehli döyüş maşını, 771 ədəd artilleriya sistemi, 243 ədəd reaktiv yaylım atəş sistemi, 93 hava hücumundan müdafiə sistemi, 217 ədəd hərbi təyyarəsi, 184 ədəd helikopteri, 139 qanadlı raketi, 2 575 ədəd nəqliyyat vasitəsi və avtoçən, 14 ədəd gəmi-kateri, 636 ədəd dronu və 60 ədəd xüsusi texnikası məhv edilib.
İngiltərədə Jodi Foster adlı piton xərçəngə qarşı qabaqcıl müalicə sayəsində xilas edilib
Pekində Dünya Robototexnika Sərgisinində yeni model humanoid robotlar təqdim edilib