Aİ xarici işlər xidmətinin rəhbəri Josep Borrell ukraynalı həmkarı Dmitri Kuleba ilə iyulun 7-8-də Balidə keçiriləcək Böyük İyirmilik (G20) ölkələri nazirlər toplantısında Avropa İttifaqının Kiyevə dəstəyini ifadə etmək planlarını müzakirə edib.
“İki sahil” xəbər verir ki, bu barədə şənbə günü C.Borrell tviterdə yazıb.
O, bildirib ki, görüş zamanı Aİ Ukraynaya güclü dəstəyini bir daha təsdiqləyəcək, qlobal ərzaq böhranının nəticələrini müzakirə edəcək və Rusiya tərəfini Qara dəniz limanlarını açmağa çağıracaq.
İngiltərədə Jodi Foster adlı piton xərçəngə qarşı qabaqcıl müalicə sayəsində xilas edilib
Pekində Dünya Robototexnika Sərgisinində yeni model humanoid robotlar təqdim edilib