03 iyul 2022 23:34
784

İslamiadada çıxış edəcək voleybolçularımızın rəqibləri bəlli olub

İslam Həmrəyliyi Oyunlarında çıxış edəcək Azərbaycanın kişi və qadın voleybolçularının rəqibləri bəlli olub.

“Report” xəbər verir ki, İslamiadada çıxış edəcək kişilərdən ibarət millimizin 8 ölkənin (Azərbaycan, Sudan, Kamerun, Mərakeş, İran, Qətər, Türkiyə, Pakistan) iştirak edəcəyi yarışda artıq rəqibləri dəqiqləşib. Komandamız püşkün nəticəsinə əsasən Sudan, Mərakeş və Kamerun milliləri ilə A qrupunda qüvvəsini sınayacaq.

İslam Həmrəyliyi Oyunlarında çıxış edəcək qadınlardan ibarət millimiz isə püşkün nəticəsinə əsasən Əfqanıstan, Seneqal və Kamerun yığmaları ilə B qrupunda qüvvəsini sınayacaq. Qadınların yarışında A qrupunda Özbəkistan, Türkiyə, İran və İndonezia milliləri mübarizə aparacaqlar.

Qeyd edək ki, 2022 İslam Həmrəylik Oyunları Türkiyənin Konya şəhərində keçiriləcək.

Kişilər

QRUP A

Azərbaycan

Sudan

Mərakeş

Kamerun

Qadınlar

QRUP B

Azərbaycan

Əfqanıstan

Seneqal

Kamerun