15 iyul 2022 21:17
848

Millətimiz iyulun 15-də dastan yazaraq dövlət çevrilişinə cəhd edənləri uğursuzluğa uğratdı- Ərdoğan

Millətimiz iyulun 15-də dastan yazaraq dövlət çevrilişinə cəhd edənləri uğursuzluğa uğratdı. 15 iyul elə bir gecə idi ki, çevrilişə cəhd göstərənlərə qarşı dirənmək üçün hərəkətə keçənlərin hər biri şəhidliyi gözə almışdı. O gün ilə bağlı danışılacaq o qədər şey var ki, tarix hamısını haqqı ilə qeyd edəcək.

“İki sahil” xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun Sarachane Parkında ölkəsində 2016-cı il iyulun 15-də baş verən dövlət çevrilişinə cəhdin altıncı ildönümü ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı ifadə edib.

Türkiyəni dünyanın ən böyük on iqtisadiyyatı sırasına daxil etmək üçün əllərindən gələni edəcəklərini deyən Prezident Ərdoğan bildirib ki, 2023-cü il imtahanını uğurla verərək bu mübarək yola davam edəcəyik.

Türkiyə Prezidenti keçirilən son NATO Sammitində FETÖ, PYD və YPG-ni terror təşkilatı kimi qeydə aldıqlarını xatırladıb.