19 iyul 2022 22:48
837

Mədəniyyət naziri Milli Mətbuat Günü ilə əlaqədar jurnalistlərlə görüşüb FOTO

İyulun 19-da Bakı Muğam Mərkəzində Mədəniyyət naziri Anar Kərimov Milli Mətbuat Günü ilə əlaqədar olaraq jurnalistlərlə görüşüb. Görüşdə bir sıra media nümayəndələri iştirak ediblər. Nazir jurnalistləri milli mətbuatımızın yaranmasının 147- ci ili münasibəti ilə təbrik edərək mətbuatın cəmiyyətdəki rolundan geniş bəhs edib: “Hər bir uğurlu cəmiyyətin göstəricilərindən biri onun mətbuatının fəal, aktiv olması ilə ölçülür. Biz fəxrlə deyə bilərik ki, bizim mətbuatımız hər zaman ölkədə baş verən hadisələri çox operativ, düzgün şəkildə işıqlandırıb. Bu fəaliyyət indi də davam edir. Mətbuatın informasiya müharibəsindəki rolu xüsusilə vurğulanmalıdır. Vətən müharibəsində əldə etdiyimiz şanlı Zəfərimizdən sonra informasiya müharibəsi davam edir və burada jurnalistlərin rolu çox böyükdür.

“Mətbuatımız hər zaman ölkədə baş verən hadisələri operativ şəkildə işıqlandırıb.”-deyə vurğulayan nazir onu da qeyd edib ki, rəqəmsal platformalar inkişaf etdikcə, mətbuat daha da güclənir: “Vətən müharibəsi dövründə və ondan sonra davam edən informasiya savaşında da mətbuatın çox böyük rolu var. Mətbuat vasitəsi ilə Azərbaycana aid həqiqətlər, Qarabağdakı quruculuq və abadlıq işləri ölkə və beynəlxalq ictimaiyyətə təqdim edilir. Azad olunmuş ərazilərdə həyata keçirilən fəaliyyəti dünyaya çatdırırsınız. Bu prosesləri göstərməklə torpaqların əsl sahibi beynəlxalq aləmə çatdırılır. İnanırıq ki, mətbuat bundan sonra da dövlətə dəstək olacaq".

Görüşün sonunda  Anar Kərimov jurnalistlərin suallarını cavablandırıb.

Nilufər Mustafaqızı, “İki sahil”