Gəncənin “Kəpəz” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
"İki sahil" klubun rəsmi saytına istinadən xəbər verir ki, Gəncə təmsilçisi Azərbaycanın U-21 yığmasının sabiq üzvü Fərid Nəbiyevi transfer edib.
23 yaşlı yarımmüdafiəçi ilə birillik müqavilə imzalanıb.
Qeyd edək ki, F.Nəbiyevin sonuncu klubu Çexiyanın "Viktoriya" (Jijkov) komandası olub.