Azərbaycanın Tehrandakı səfiri Əli Əlizadə İranda sel və daşqınlar nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.
“İki sahil” xəbər verir ki, səfir tviter səhifəsində paylaşdığı başsağlığı mesajında qeyd edib: “İranda baş verən sel və daşqınlarda çox sayda insanın həlak olması və itkin düşməsinə görə dərin narahatlıq keçirdik. İran xalqına və hadisə qurbanlarının ailələrinə başsağlığı verir, onlara Allahdan səbr diləyirik.
Allah rəhmət eləsin”.