Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində daha bir rayon sakinindən 7 kiloqramdan artıq narkotik vasitə olan marixuana götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan "İki sahil"ə verilən məlumata görə, Ağcabədi RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə rayon sakini Novruz Hüseynov saxlanılıb.
İlkin olaraq onun üzərindən marixuana aşkar edilib. Onun ətrafında davam etdirilən araşdırmalarla rayon ərazisində gizlətdiyi narkotik də müəyyən olunub. Həmin əraziyə baxış keçirilən zaman 7 kiloqram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Azərbaycan hava nəqliyyatının coğrafiyasını genişləndirir, uçuş intensivliyini artırır
Turizm təhsilində ikili diplom və ikili peşə təhsili imkanları genişləndiriləcək