Azərbaycan Respublikası Milli Məclisin deputatı Müşfiq Məmmədli Xızı rayonunda bir qrup seçiciləri ilə görüşüb.
“İki sahil” xəbər verir ki, Ağdərə kənd sakinləri onları narahat edən mövzularla bağlı müraciət ediblər. Vətəndaşlar dinlənildikdən sonra qaldırdıqları məsələlər barədə qeydiyyat aparılıb.
Deputat kənd sakinləri üçün vacib olan yol probleminin həll olunması üçün aidiyyəti qurumlara müraciət ediləcəyini bildirib.
Daha sonra görüşdə kənd həyatı, sakinlərin qayğıları və istəkləri barədə ətraflı fikir mübadiləsi aparılıb.
Azərbaycan hava nəqliyyatının coğrafiyasını genişləndirir, uçuş intensivliyini artırır
Turizm təhsilində ikili diplom və ikili peşə təhsili imkanları genişləndiriləcək