02 avqust 2022 16:33
806

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2 195 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "İki sahil"ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 377, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 213, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 368, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 237 nəfərdir.