Lənkəran Şəhər Gənclər və İdman İdarəsi tərəfindən valideyn himayəsindən məhrum olan, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təşkil olunmuş Yay Düşərgəsinə start verilib.
“İki sahil” xəbər verir ki, düşərgədə O. Mirzəyev adına qarışıq tipli Uşaq Evindən və 2 nömrəli Ailə tipli kiçik qrup evində yaşayan 35 yeniyetmə və gənc iştirak edir.
Düşərgənin ilk gününə Lənkəran Nömrə 1 Psixoloji Mərkəzin klinik psixoloqu Nigar Sadıqova uşaqlarla şəxsi inkişaf planı haqqında danışaraq bildirdi ki, istədiyimiz sahələrdə özümüzdən ən yaxşı nəticələr əldə etməyimizə kömək etmək üçün planın olması vacibdir. Daha sonra gənclərin vətənpərvərlik tərbiyəsinin təmin edilməsi məqsədi ilə yeniyetmə və gənclərlə Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimayi Birliyi (AVMVİB) Lənkəran rayon şöbəsi sədrinin müavini Saleh Dostiyev və Vətən müharibəsi qaziləri söhbətlər aparmış, Müzəffər Ali Baş Komandanın rəşadətli ordusu tərəfindən torpaqlarımızın işğaldan azad edilməsi zamanı gənclərimizin göstərdiyi qəhrəmanlıqlardan danışmışlar. Həmçinin uşaqların asudə vaxtlarını səmərəli keçirtmək məqsədi ilə müxtəlif eyləncəli oyunlar təşkil edilmişdir. İştirakçılar çay və nahar fasiləsi ilə təmin edilmişdir
Qeyd edək ki, düşərgənin keçirilməsində əsas məqsəd valideyn himayəsindən məhrum olan uşaqlara diqqət və qayğını hiss etdirmək eləcə də onların cəmiyyətə adaptasiyasını təmin etməkdən ibarətdir.
Turizm təhsilində ikili diplom və ikili peşə təhsili imkanları genişləndiriləcək