03 avqust 2022 22:16
742

Göygöl rayonunda şəhid Elcan Bayramovun doğum günündə xatirəsi anılıb FOTO

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev,YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, ziyalılar, gənclər və rayon ictimaiyyətinin nümayəndələri Vətən müharibəsində xüsusi qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucalmış Elcan Bayramovun doğum günü münasibətilə Şəhidlər xiyabanında məzarını ziyarət etmişlər.

“İki sahil” xəbər verir ki,  ziyarət zamanı Göygöl Rayon İcra Hakimiyyətinin başçısı cənab Elvin Paşayev çıxış edərək Şəhid Elcan Bayramovun döyüş yolundan söhbət açmış,    Vətən uğrunda canlarından keçmiş şəhidlərin öz canları və qanları bahasına torpaqlarımızı yağı düşməndən azad edərək qəlblərdə özlərinin əbədi abidələrini ucaltdıqlarını bildirmişdir.Xalqımıza “Qalib xalq” adını bəxş edən şəhidlərin gələcək nəsillərə örnək olmaqla,  bütün Azərbaycan xalqı  tərəfindən ehtiramla anıldığını,  ən yüksək diqqətə layiq olan şəhid ailələrinin Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban  xanım  Əliyeva tərəfindən daim yüksək dövlət qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırmışdır. Məktəblilər tərəfindən şəhidlərin xatirəsinə həsr olunmuş şeirlər səsləndirilmiş, şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, müqəddəs ruhuna dualar oxunmuşdur.

 Sonra YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev şəhidin yaşadığı evə baş çəkərək ailə üzvləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısından danışaraq şəhidlərimizin daim hörmətlə və ehtiramla yad edildiyini söyləmiş, YAP Göygöl rayon təşkilatı tərəfindən hazırlanmış xatirə hədiyyəsi şəhidin anasına təqdim olunmuşdur. Söhbət zamanı şəhid ailəsinin üzvləri onlara göstərilən xüsusi diqqət və qayğıya görə  Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.