03 avqust 2022 15:43
802

Şəhid ailələri və qazilər dövlətin hərtərəfli qayğısı ilə əhatə olunub FOTO

3 avqust 2022-ci il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının Mədəniyyət işçiləri ərazi partiya təşkilatında “Şəhid ailələrinə, Qarabağ qazilərinə göstərilən diqqət və qayğı Prezident İlham Əliyevin onların sosial problemlərinin həllində atdığı ən böyük addımlardan biridir” mövzusunda yığıncaq keçirilib.

Yığıncaqda çıxış edən YAP Daşkəsən rayon təşkilatının sədr müavini Elşən Alıyev qeyd edib ki, postmüharibə dövründə şəhid ailələri və qazilərdən ibarət 93 min şəxsə 104 min sosial ödəniş, o cümlədən şəhidlərin ailə üzvlərindən 7 979 nəfərə 15 943, müharibə əlillərindən 3 000 nəfərə 5 900, müharibə veteranlarından 81 856 şəxsə 81 856 sosial ödəniş təyin olunub.

Yığıncaqda Mədəniyyət işçiləri ərazi partiya təşkilatının sədr müavini Mətanət Abdullayevada çıxış edərək qeyd edib ki, Prezident İlahm Əliyevin 25 iyul 2022-ci il tarixində Göygöl, Lerik və Masallı rayonlarına təyin etdiyi İcra başçılarına şəhid ailələrinə, qazilərə daha isti münasibət göstərmələri barədə bir sıra tapşırıqlar verdi.

Tədbirin sonunda YAP sıralarına qəbul olunmuş bir qrup gəncə partiyanın üzvlük vəsiqələri təqdim olunub. Bir qrup gənc isə partiya sıralarına qəbul olunmaq üçün ərizə ilə müraciət edib.

Cavid Əkbərov, "İki sahil"