03 avqust 2022 23:39
820

Zərdabda Vətən müharibəsi şəhidi Anar Məmmədzadənin xatirəsi yad edilib FOTO

Anım mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, İcra başçısının müavinləri, YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev, İcra Aparatının məsul işçiləri, Gənclər və İdman idarəsinin rəisi Ələkbər Kərimov, SHXÇDX-nin Zərdab şöbəsinin rəisi Ramil Əhmədov, idarə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

“İki sahil” xəbər verir ki,  ilk olaraq Gəlmə kənd qəbirstanlığında Anar Məmmədzadənin və rayondan olan digər şəhidlərin məzarları ziyarət olunub, ruhlarına dualar oxunaraq önlərinə gül dəstələri qoyulub, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra mərasim iştirakçıları şəhidin evində olaraq ailəsinə başsağlığı veriblər.

Məmmədzadə Anar Nazim oğlu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı torpaqlarmızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və qəhrəmancasına şəhid olub.

Vətən müharibəsində şəhid olmuş Anar Məmmədzadənin atası və digər çıxış edənlər şəhidlə bağlı xatirələrini bölüşərək şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Şəhid Anar Məmmədzadə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Allah bütün şəhidlərimizə rəhmət etsin!