Avqustun -3-də Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, İH-nin inzibati binasında vətəndaşları qəbul edib.
“İki sahil” xəbər verir ki, qəbul zamanı vətəndaşların problemləri ayrı-ayrılıqda dinlənilib və bir sıra məsələlər yerində həll olunub. Bəzilərinin həlli məqsədilə isə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilərək nəzarətə götürülüb.
Qeyd edək ki, rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənovun rayon sakinlərini qəbul etməsi və onlarla səyyar görüşlər keçirməsi davamlı xarakter alıb və məqsəd onların problemlərinin həlllinə nail olmaqla vətəndaş məmnuniyyətini artırmaqdır.
Turizm təhsilində ikili diplom və ikili peşə təhsili imkanları genişləndiriləcək