04 avqust 2022 00:14
772

Vətəndaş müraciətinə həssas münasibət  FOTO

Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasının qəbul otağında rayon icra hakimiyyəti başçısı  Əkbər Abbasov ümumilikdə 152 rayon sakinin, o cümlədən şəhid ailələri, qazilər və müharibə iştirakçılarının  üzləşdiyi problemlərlə tanış olub.

Vətəndaşlar  əsasən işlə təmin olunma, qaz çəkilişi, içməli su problemi, maddi yardım, tikinti materialının verilməsi, torpaq məsələləri, elektrik təsərrüfatı və digər sosial məsələlərlə bağlı  müraciət ediblər.

Qəbulda rayon icra hakimiyyətinin başçısı  vətəndaşlar tərəfindən qaldırılan  bütün  müraciətlərə həssas yanaşıb, onların araşdırılması və icrası ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar veribdir.

Müraciətlərinə baxılması üçün əlverişli və rahat şəraitdən razı qalan rayon sakinləri həm də onlara  göstərilən diqqət və qayğıya görə icra başçısına  minnətdarlığını  bildiriblər.

Zəfər Əliyev,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü