04 avqust 2022 23:52
721

Şəhidin ildönümündə xatirəsi anıldı FOTO

 

Avqust ayının 4-də Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, təşkilatın əməkdaşı Samir Ağayev və Nərimankənd kənd ərazi partiya təşkilat sdərinin müavini Sarvan Əliyev şəhid Qarazadə Anar Vidadi oğlunun şəhidlik zirvəsinə ucalmasının ildönümü  ilə əlaqədar anım mərasimində iştirak ediblər.

“İki sahil” xəbər verir ki,  ziyarət zamanı şəhidin anası ilə görüşülüb, övladının şəhadətə qovuşmasının ildönümü ilə əlaqədarv ona baş sağlığı verilib.

Daha sonra şəhidin məzarı ziyarət olunub və ruhuna dualar oxunub. Məlumat üçün qeyd edək ki,  Azərbaycan Ordusunun əsgəri olan Anar Vidadi oğlu Qarazadə 24 aprel 1996-cı ildə Biləsuvar rayon Nərimankənd kəndində anadan olub.  2014-cü ilin 1-3 avqust tarixləri arasında Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən döyüşlər zamanı şəhid olub. Şəhid Anar Qarazadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Allah rəhmət eləsin!