05 avqust 2022 03:41
839

Lerikdə səyyar qəbul-görüş FOTO

Dağlar diyarı Lerikdə Bürsülüm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi Bürsülüm, Ləkər, Vov, Vənədi, Nısoədi, Zeynəko, Bobla və Ancəqov kəndlərini birləşdirir.  Bu yerlərin adamları zəhmətə, torpağa  bağlı olduğu kimi, dövlətə, onun rəhbərinə  həmişə böyük inam bəsləyir. Rayon icra hakimiyyəti başçısı Əkbər Abbasovun  növbəti  səyyar qəbul-görüş məhz bu  ərazinin sakinləri ilə oldu.

Əvvəlcə Bürsülüm  kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi və bələdiyyə sədri çıxış edərək  burada görülmüş işlər barədə görüş iştirakçılarına və qonaqlara ətraflı məlumat verdilər.

 İcra  başçısı Əkbər Abbasovun  çıxışı vətəndaşlar üçün daha maraqlı  alındı:- Birinci  hamınızı ürəkdən salamlayıram.  Məmur cəmiyyətin problemləri ilə birgə yaşamalı, onları narahat edən istənilən məsələyə hakim olmalı və bütün çətinlikləri  aradan qaldırılması üçün real həll modelləri tərtib və təklif etmək potensialına sahib olmalıdır. Ölkə başçısı cənab İlham Əliyevin bütün  vəzifəli şəxslər və dövlət qulluqçuları qarşısında qoyduğu əsas tələb budur.  Sizinlə görüşümüz   məhz  bu məqsəddən irəli gəlir. Buraya gəlmişik ki, kənddəki mövcud vəziyyəti kənd sakinlərinin dilindən öyrənərək həlli mümkün olan məsələləri yerində həll edək, ehtiyac olduğu halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldıraq.

 Məlumunuzdur ki, Prezident İlham Əliyevin ətrafında sıx yumruq kimi birləşən Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində tarixi  Qarabağ  torpaqlarını işğaldan azad etdi, hazırda  həmin torpaqlarda  böyük bərpa-quruculuq işləri böyük vüsət almışdır.  Əmin ola bilərsiniz ki, tezliklə  Qarabağımız  əvvəlki görkəmi tək yenidən dünyanı heyrətə salacaq.

 Sonra vətəndaşlar söz alıb təklif və rəylərini bildirdilər. İcra başçısı hər danışanı diqqətlə dinlədi, qaldırılan məsələlərin   həlli yollarının araşdırılması üçün görüləcək tədbirlər qeyd olundu və müvafiq qurumlara tapşırıqlar verildi.

Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov Bürsülüm kəndində Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış  Rəşad Rasim oğlunun  xatirəsinə ucaldılmış  bulaq kompleksində oldu, şəhidin babası ilə səmimi söhbət etdi, həmişə ailəyə dəstək olmağı söylədi.

Zəfər Əliyev,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü