06 avqust 2022 19:19
765

Şərurda intellektul yarış keçirilib - “Şuşa” qalib olub

Şərur rayon gəncləri arasında “12 Avqust-Beynəlxalq Gənclər Günü”nə həsr olunmuş Nə? Harada? Nə zaman? İntellektul Oyunu keçirilib.

“İki sahil” xəbər verir ki, Şərur Gənclər Və İdman İdarəsinin yaydığı məlumata görə, şəhər 2№li tam orta məktəbində reallaşan oyunda 5 komanda olmaqla 25 gənc iştirak edib.

İki raunddan ibarət oyunda ümumilikdə 24 sual səsləndirilib.

Oyunun əsas məqəsdi gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, asudə vaxtlarını səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarət olub.

Nəticələrə gəlincə Vergi idarəsinin “Şuşa” komandası birinci yerə layiq görülüb, DSMF idarəsinin “Xudayar” komandası ikinci, Təhsil şöbəsinin “Zəfər” komandası isə üçüncü yerdə qərarlaşıb.

Sonda qalib komandalara diplomlar təqdim olunub.