Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Bosniya və Herseqovina, Ukrayna, Ekvador, Rumınya, Gürcüstan və Türkiyədən olan üzvləri Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyiblər.
“İki sahil” xəbər verir ki, bu barədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi məlumat yayıb.
"Nizami Gəncəvi Beynəlxalq Mərkəzi olaraq Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyirik. Diplomatik nümayəndəliklərin üzvlərinin həyatı və sağlamlığı üçün təhlükə yaradan hər hansı hərəkətlər qətiyyən yolverilməzdir”,- deyə üzvlərin açıqlamasında deyilir.