Bu mövsüm Birinci Divizionda çıəxış edəcək "Araz-Naxçıvan" Peşəkar Futbol Klubu təlim-məşq toplanışını davam etdirir.
“İki sahil” xəbər verir ki, bu barədə klubun feysbuk səhifəsində məlumat yayılıb.
Qeyd edilib ki, Naxçıvan təmsilçisi hazırlığın ikinci mərhələsi üçün ötən gün Türkiyənin Ərzurum şəhərinə yollanıb.
"Palan" otelində məskunlaşan "qırmızı-ağlar" avqust ayının 16-dək qardaş ölkədə 6 yoxlama görüşü keçirməyi planlaşdırır.
"Araz-Naxçıvan" PFK avqustun 8-də "Amasyaspor", 9-da "Erzincanspor", 12-də "Hopaspor", 13-də "Karakoçan", 14-də "Elaziğspor", 15-də isə "Erbaaspor" klubları ilə qarşılaşacaq.