Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisindəki avtomobil yollarında təhlükəsizliyin artırılması, piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların maarifləndirilməsi məqsədilə profilaktik tədbirlər keçiriblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "İki sahil"ə verilən məlumata görə, keçirilən tədbirlər zamanı piyada keçidlərindən istifadə etməyərək öz həyatları ilə yanaşı, digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan şəxslər saxlanılıb. Onlara yol hərəkətinin təhlükəsizliyi barədə ətraflı məlumat verilib və barələrində qanunamüvafiq tədbirlər görülüb.
Kiyev və Kopenhagen Danimarkada dron istehsalı üzrə birgə müəssisə yaradacaqlar
Türkiyə XİN: Yunanıstanın Egey dənizi üzrə məkan planlaşdırmasının Türkiyənin hüquqi mövqeyinə təsiri yoxdur
Aİ ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq etməsini qınayıb