28 avqust 2022 01:15
606

İrəvan xanının nəticəsi Füzuli və Ağdamda olub

Füzuliyə səfər edən İrəvan xanının nəticəsi Əmir Əli Sərdari İrəvani Ağdamda da olub.

“İki sahil” xəbər verir ki, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov tviter hesabında yazıb.

“Bu günlərdə Füzuliyə səfər edən İrəvan xanının nəticəsi Əmir Əli Sərdari İrəvani Ağdama da səfər edib. Qonaq Şahbulaq qalasını, İmarət qəbiristanlığını ziyarət edib, dini və tarixi abidələrdə, məzarlıqlarda törədilmiş erməni vandalizmi ilə tanış olub”, - Prezidentin xüsusi nümayəndəsi qeyd edib.