Azərbaycanda son sutkada koronavirus (COVID-19) 1 min 187 peyvənd vurulub.
“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, birinci mərhələ üzrə peyvənd olunanların sayı 189, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 199, “buster” doza ilə peyvənd olunanların sayı 691, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 108 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 milyon 857 min 111, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 373 min 253, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 milyon 862 min 494 təşkil edir. “Buster” doza ilə peyvənd olunanların ümumi sayı isə 3 milyon 362 min 453, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 258 min 911 nəfərdir.