Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) tviter hesabında Mərakeş Krallığı ilə diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə tviterdə paylaşım edib.
“İki sahil” xəbər verir ki, paylaşımda iki ölkə arasında əməkdaşlığın daha da inkişaf edəcəyinə ümid ifadə olunub.
“Bu gün Azərbaycan və Mərakeş arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam olur. Bu münasibətlə Mərakeş Krallığının hökumətinə və xalqına ən xoş arzularımızı göndəririk. Azərbaycan-Mərakeş əməkdaşlığın daha da inkişaf edəcəyinə ümid bəsləyirik”, - XİN-in paylaşımında vurğulanıb.
Prezident İlham Əliyevə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsini təqdim etməkdən məmnunam
Prezident İlham Əliyevə "İrpen şəhərinin fəxri vətəndaşı" vəsiqəsi təqdim edilib
Prezident İlham Əliyev indoneziyalı həmkarını Müstəqillik Günü münasibəti ilə təbrik edib