30 avqust 2022 14:53
526

Şarl Mişel Əliyev-Paşinyan görüşünə hazırlıqdan yazdı

Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın görüşünə hazırlıq barədə yazıb.

“İki sahil” xəbər verir ki,  o bu barədə öz tviter səhifəsində yazıb.

“Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri ilə sabah Brüsseldə keçiriləcək dördüncü görüşdən əvvəl bu gün hazırlıq zəngləri olacaq”, - deyə Mişel qeyd edib.

Xatırladaq ki, Aİ-nin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin görüşü sabah Brüsseldə baş tutacaq.