15 sentyabr 2022 21:28
653

Ərdoğan Bakının azad olunmasının ildönümü münasibəti ilə paylaşım edib FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakının işğaldan azad olunmasının ildönümü münasibəti ilə Tvitterdə paylaşım edib.

“İki sahil” xəbər verir ki,  paylaşımda deyilir: “Dostumuz, qardaşımız, ayrılmaz parçamız olan Can Azərbaycanın paytaxtı Bakının işğaldan azad edilməsinin ildönümünü təbrik edirəm. Əvvəl olduğu kimi indi də haqlı mübarizəsində Azərbaycanlı qardaşlarımızın yanında olacağıq”.