19 dekabr 2022 21:36
687

Abramoviçin aktivlərinin müsadirəsi prosesi başlayıb FOTO

Kanada hökuməti Ukraynadakı vəziyyətə görə rəsmi Ottavanın iqtisadi sanksiyalarına məruz qalan rusiyalı iş adamı Roman Abramoviçin həbsi və aktivlərinin müsadirəsi prosesinə başlayıb.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə Kanada İşlər Nazirliyinin qurumun rəhbəri Melani Joli adından yaydığı bəyanatda deyilir.

“Xarici işlər naziri Melani Joli bu gün Kanadanın xüsusi iqtisadi tədbirlər barədə qanununun müddəalarına görə sanksiyalar altında olan rusiyalı oliqarx Roman Abramoviçin həbs edilməsi və ona məxsus “Granite Capital Holdings Ltd”dən 26 milyon ABŞ dolları müsadirə ediləcəyini açıqlayıb”, - sənəddə deyilir.

Qeyd olunur ki, rəsmi Ottava ilk dəfə sanksiya tətbiq edilən vətəndaşların aktivlərinin müsadirəsinə imkan verən müddəadan istifadə etməyi qərara alıb. Bunun üçün Kanada XİN başçısı məhkəməyə müraciət etməli olacaq, məhkəmənin müsbət qərarı olduğu halda bu vəsait Ukraynanın bərpasına yönəldiləcək.