Biliklərə söykənən iqtisadiyyat ölkəmizin davamlı inkişaf strategiyasının əsas prioritetlərindən biridir.
İlham Əliyev
Azərbacan Respublikasının Prezidenti
Biliklərə əsaslanan iqtisadiyyat bildiyimiz kimi XXl əsrin qaçılmaz zərurətidir. Belə ki, rəqəmli transformasiyanın əsaslarını təşkil edən və innovativ texnoloji biliklərə söykənən iqtisadiyyat qloballaşan dünyada yeni çağırışara yol açmış, o cümlədən müasir texniki tərəqqi siayasəti həyata keçirən dövlətlərin yeni çağın informasiya əsrində öz yerini və rolunu müəyyən etmişdir.
Bilik iqtisadiyyatı onun digər aspektləri ilə birlikdə biliklərə söykənən innovativ texnoloji bir proses, həmçinin çağdaş texnoloji proqramların geniş tədbiqi ilə reallaşan və intellektual platformalarda “ağıllı” idarəetmədir.
Ölkəmizdə də biliklərə əsaslanan iqtisadiyyatın təşəkkül tapması yönündə qəbul olumuş dövlət proqramları və yol xəritələrində həyata keçirilən sosial-iqtisadi islahatlar və bununla əlaqədar atılan addımlar adekvat olmalı və biliklərə əsaslanan iqtisadiyyatın inkişafına xidmət etməlidir.
Məlumdur ki, zəngin təbii resursları və sərvətləri olan bir sıra böyük dövlətlər, o cümlədən bizim ölkəmiz də bilik və yüksək texnologiyalara əsaslanan iqtisadiyyata keçilməsi zərurətini qəbul edir. Bu siyasət rəqəmli iqtisadiyyata transformasiya ilə innovativ texnologiyalar üzərində qurulan klassik iqtisadiyyatın gələcəyini də müəyyən edir və yaxın prespektivdə bilik iatisadiyyatından doğacaq bir sıra aktual layihələrin ortaya çıxacağını da şərtləndirmiş oldu. Bunlara misal olaraq, alternativ enerji mənbələri, içməli su problemləri və bu problemləri aradan qaldırmaq məqsədilə dəniz suyunun təmizlənməsi, o cümlədən çirkab suların, məişət tullantılarının yenidən texnoloji emalı, onların yenidən xam mala çevrilməsi məsələləri də qarşıda öz həllini tapacaqdır.
Bununla da məişətdə, texnikada, aqrar sektorda, kənd təsərrüfatı fəaliyyətlərində, istixanalarda, meyvə-tərəvəz suvarma sistemlərində bu həllərdən geniş istifadə ediləcədir. Bu kimi həllər, ağıllı və innovativ tədbiqi- texnologoiyalarının köməyilə mümkün olacaqdır. Həmçinin bu həllər, günəş və külək enerji mənbələrindən də istifadə etməklə müasir və alternativ enerji stansiyaları layihələrinin inkişaf etdirilməsini stimullaşdıracaqdır.
Digər tərəfdən gələcəkdə alternativ enerji mənbələrindən münasib ekonomik şərtlərlə nəqliyyat vasitələrində, məişət avadanlıqlarında və digər həyatı vacib sahələrdə geniş istifadə olunacağı da istisna olunmayacaq. Bütün bu məqsədlər yeni əsrin əsas devizi olmaqla bərabər, inkişaf etmiş ölkələrdə olduğu kimi innovativ yönümlü böyük şirkətlərin, müəsisələrin, biznes strukturlarının da əsas hədəflərindən olacaqdır.
Biliklərə söykənən iqtisadiyyatın gələcək prespektivi, onun bilik və yeniliklər əsasında yüksək rəqabətli rəqəmli iqtisadiyyatın qurulmasını, inkişaf etdirilməsini mühüm prioritetlər sırasına qoymuş olacaqdır. Beynəlxalq təcrübə və üstün biliklərə əsaslanan çoxlu sayıda analitik təhlillər onu göstərir ki, rəqəmli iqtisadiyyatda bilik iqtisadiyyatının strateji rolu danılmazdır. Belə ki, bilik iqtisadiyyatının əsas sütunları olan:
• qanunvericilik və institusional əsaslarda iqtisadi stimullaşdırma mühitinin inkişaf etdirilməsi;
• yüksək innovasiya potensiallı insan resurslarının təkmilləşdirilməsi;
• müasir standartlara cavab verən dayanılıqlı informasiya infrastrukturunun yaradılması;
• texniki, texnoloji tərəqqi siyasəti üzərində qurulmuş innovativ sistemlərin təbiqi proqramları və onların inkişaf etdirilməsi;
Və s. kimi məsələləri də özündə əks etdirəcək.
Burada, qanunvericilik və institusional əsaslarda iqtisadi stimullaşdırma mühitinin inkişaf etdirilməsi dedikdə, ilk növbədə makro-iqtisadi amillər, siyasi sabitlik kursu, azad bazar iqtisadiyyatı siyasəti ilə ədalətli rəqabət ortamı, əlverişli sərmayə mühitinin sağlamlaşdırılması və xarici investisiyaların cəlb edilməsi, korrupsiyaya qarşı təsirli və səmərəli mübarizə mexanizmlərinin işlənməsi, çevik bank, maliyyə- kredit, o cümlədən yumşaq vergi siyasətinin olması və həmçinin əqli mülkiyyətin qorunması kimi vacib məsələlərin optimal həlli nəzərdə tutulur.
Eyni zamanda yüksək innovasiya potensiallı insan resurslarının daha da təkmilləşdirilməsi komponenti xüsusilə ona görə vacibdir ki,
İKT savadlılığı olmadan, yüksək motivasiya və peşəkar biliklərə malik olmayan insan resursları ilə biliklərə əsaslanan iqtisadiyyatın qurulması mümkün deyil. Bu məsələlərin həlli məqsədilə, həm də peşəkar kadrlar və onların biliklərinin təkmilləşdirilməsi məqsədilə ömrü boyu və distant təhsil sistemlərinin təsirli vasitə kimi geniş tədbiqi də çox vacib olacaqdır. Həmçinin ali və orta təhsil ocaqlarında tədris proqramları real iqtisadiyyatın, bilik iqtisadiyyatının, o cümlədən rəqəmli iqtisadiyyatın tələblərinə uyğun effektiv qurulmalı və bu tələblərə cavab verməlidir.
Bununla da mövcud təhsil ocaqlarının məzunları gələcəkdə asanlıqla iş yerləri tapmış olarlar. Bu da öz növbəsində İKT savadlılığına olan tələbləri adekvat qarşılamaqla bərabər bu istiqamətda qarşıya qoyulan məsələləri də həll etmiş olacaqdır.
Biliklər iqtisadiyyatının inkişaf etdirilməsində bir digər istiqamət də informasiya cəmiyyətinin qurulması və bu cəmiyyətin informasiyalaşdırılması üçün zəruri innovativ texnoloji infrastrukturların yaradılmasıdır. Burada, e-ticarət, e- hökümət
layihələrinin rolu olduqca böyükdür. Belə ki, internet üzərində fəaliyyət göstərən sosial şəbəkələrin, o cümlədən facebook, twiter, messenger, teleqram, linkedin, whatsup vəs olmaqla, onların istifadəçilərinin sayının günü-gündən artması da əsas amillərdəndir.
Eyni zamanda ən vacib məsələlərdən biri də Azərbaycanda yaradılmış e- hökümət sisteminin komponentlərinin daha da inkişaf etdirilməsi, onların dövlət e-portalı üzərində inteqrasiyasını daha da dərinləşdirilməsi zərurətidir. E-hökümət portalı və onun informasiya infrastrukturu, həm dövlət orqanları arasındakı məlumat mübadiləsini, həm də qeyri dövlət orqanları ilə dövlət orqanları və onun digər daxili strukturları arasındakı əlaqələrin çevik və rahat formada qurulmasına gətirib çıxaracaqdır. Bura, bu məsələlərin hərtərəfli
inkişaf etditilməsinə xarici investorların cəlb edilməsi, biznes üçün əlverişli şərt və şəraitin yaradılması, o cümlədən bank-maliyyə və komunikasiyalar, loqistika və s. sektorunun beynəlxalq standartlara uyğun işlərin təşkili də daxildir.
Həmçinin bunlarla yanaşı, biliklər iqtisadiyyatının dərinləşməsində və geniş yayılmasında informasiya sistemlərinin yaradılması və inkişaf etdirilməsinin rolu da böyükdür. Odur ki, innovasiya yönlü iqtisadiyyatda innovativ idealar, ixtiralar, patent və hər cür əqli mülkiyətlər əsasında yüksək rəqabətli bazar məhsullarının, emal və sənaye texnologiyalarının yaradılmasına yönəldilmiş əsas baza prinsiplərinin yaradılması da əsas şərtlərdəndir.
Bütün bunlara misal olaraq müxtəlif ölkələrdə, o cümlədən Yaponya, Tayvan, İsrayıl, Çin Republijası , Koreya, İrlandiya, Sinqapur, Hindistan, Brazilya vəs.lərdə milli innovasiya sistemlərinin sürətli inkişafı sayəsində ilk növbədə bu ölkələrdə biliklərə əsaslanan iqtisadiyyatının qurulması baş vermişdir.
Xüsusilə örnək məqsədilə qeyd etmək yerinə düşər ki, İsrayıl və Tayvan kimi heç bir təbii resursları olmayan, əhali və ərazi baxımından kiçik olan bu kimi ölkələr dünyada adam başına düşən patentlərə görə lider ölkələrdəndir. Nəticədə, biliklərə söykənən iqtisadiyyatın qurulması və inkişaf etdirilməsində lokomotiv rol oynayan texnoloji parklar, elmi-texniki tədqiqat mərkəzləri, unveristetlər və yüksək innovativ texnologiyaların intellektual platformaları üzərində işləyən şirkətləri, “start-up”lar və istehsal, emal müəsissələri bu prosesin əsas strateji oyunçuları kimi xüsusilə qeyd olunmalıdır.
Xülasə: Biliklərə söykənən iqtisadiyyat innovativ biliklər əsasında interllektual idarəetmədir.
Əflatun MƏMMƏDOV,
Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun direktorunun birinci müavini,
İnternet və Yüksək Texnologiyalar üzrə ekspert