Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün pakistanlı həmkarı Biləval Bhutto Zərdari və Finlandiyanın xarici işlər naziri Pekka Haavisto ilə telefon danışığı aparıb.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə XİN-dən bildirilib.
Çavuşoğlu Biləval Bhutto Zərdari ilə ikitərəfli münasibətlər və Əfqanıstandakı mövcud hadisələri, finlandiyalı həmkarı ilə isə danışıq zamanı NATO-nun genişlənməsi və Ukraynadakı son hadisələri müzakirə edib