17 yanvar 2023 19:43
399

3 şəhid və qazi ailəsi dəstək üçün avadanlıqla təmin edilib FOTO

150 nəfər iştirakçı şəhid və qazi ailələrinə dəstək üçün AQSİA-nın təşkilatçılığı ilə “İqtisadiyyatda Həmrəy Qadınlar” adlı korporativ səhər yeməyində bir araya gəliblər.   Əvvəlcə şəhidlərin əziz ruhu bir dəqiqəlik sükutla yad edilib.  

“İki sahil” xəbər verir ki,  tədbir zamanı çıxış edən AQSİA-nın İdarə Heyətinin sədri Səkinə Babayeva bildirib ki, dövlət başçımız tərəfindən şəhid və qazi ailələrinə yüksək qayğı göstərilir və biz də öz növbəmizdə onların iqtisadi rifahının artırılması üçün bu cür korporativ tədbirlər keçirməkdə maraqlıyıq.

Daha sonra tədbir iştirakçılarına psixoloji seans və meditasiya tətbiq edilib. "İqtisadiyyatda Həmrəy Qadınlar" adlı bu layihə çərçivəsində AQSİA üzvləri tərəfindən toplanan maliyyə yardımı vasitəsilə 3 şəhid və qazi ailəsinin sahibkar olaraq formalaşmasına dəstək üçün avadanlıqla təmin edilib. 

Qeyd edək ki, “İqtisadiyyatda Həmrəy Qadınlar” adlı bu layihə davamlı olaraq hər ay keçiriləcək.