18 yanvar 2023 18:49
683

Səbinə Xasayeva Puta qəsəbəsində bir qrup vətəndaşı qəbul edib - FOTO

2023-cü il yanvarın 18-də  12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə deputat Səbinə Xasayeva Qaradağ rayonunun Puta bələdiyyəsinin inzibati binasında bir qrup vətəndaşı  fərdi qaydada qəbul edərək onların problemlərini dinləyib.

“İki sahil” xəbər verir ki,  qəbula gələnlər qəsəbədə fərdi evlərin sənədləşdirilməsinə, məhəllədaxili yollara asfalt örtüyünün çəkilməsinə və işıqlandırılmasına, yeni aptekin tikintisinin sürətləndirilməsinə, 126 nömrəli marşrutun fəaliyyətinin yaxşılaşdırılmasına, əhalinin asudə vaxtının səmərəli keçirilməsi üçün qəsəbədə parkın qurulmasına, kitabxana və mədəniyyət evinin tikintisinə, eyni zamanda,  184 nömrəli tam orta məktəbdə təhsil alan şagirdlərin sayının normadan xeyli artıq olmasını  nəzərə alaraq məktəb üçün  əlavə korpusun tikintisinə,  qəsəbədə narkomaniyaya və narkotik  vasitələrin  qanunsuz dövriyyəsinə qarşı mübarizənin  gücləndirilməsinə, aztəminatlı ailələrin sosial rifahını yüksəltmək məqsədilə  sosial siyasət sahəsində  özünüməşğulluq proqramına cəlb olunmalarına, yeni iş yerlərinin yaradılmasına,işsizliyə görə ünvanlı dövlət sosial yardım almaq hüququnun təyin edilməsinə və işə qəbul olunmalarına köməklik göstərilməsni xahiş ediblər.
Müvafiq qurumlara təqdim edilmək məqsədilə vətəndaşların müraciətləri millət vəkili Səbinə  Xasayeva tərəfindən nəzarətə götürülüb.

Qəbulda Qaradağ rayon icra hakimiyyəti  başçisinin Puta qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ayaz Dünyamalıyev və Qaradağ rayon Puta bələdiyyəsinin sədri Emin Ramazanlı  iştirak ediblər.