23 yanvar 2023 00:12
650

Ronaldo "Əl-Nəsr"də rəsmi debüt etdi

Kriştiano Ronaldonun yeni komandası “Əl-Nəsr” bu gün Səudiyyə Ərəbistanı çempionatında növbəti oyununa çıxıb.

“İki sahil” xəbər verir ki, Ər-Riyad təmsilçisi 14-cü turda öz meydanında “Əl-İttifaq”la qarşılaşıb.

Oyun "Əl-Nəsr"in qələbəsi ilə başa çatıb - 1:0. Yeganə qolu 31-ci dəqiqədə Anderson Taliska vurub. 

Kapitan sarğısı ilə start heyətdə meydana çıxan Ronaldo sona qədər oynayıb. Bu, 38 yaşlı futbolçunun "Əl-Nəsr"də ilk rəsmi oyunu olub.