03 iyul 2023 19:10
521

Bu proqram Azərbaycanın və regionun enerji təhlükəsizliyinə dəyərli töhfə verəcək - Rövşən Nəcəf

Sənaye və enerji məsələlərini müzakirə etmək məqsədilə dünyanın tanınmış alim, mütəxəssis və siyasətçilərini bir araya gətirən enerji sektorunda gənc liderlərin ixtisaslaşmasında mühüm rol oynayan  Bakı Yay Enerji Məktəbinin açılış mərasimində iştirak etməkdən məmnunluq duydum.

“İki sahil” xəbər verir ki, bunu SOCAR-ın prezident Rövşən Nəcəf özünün feysbuk səhifəsində paylaşımında qeyd edib.

Rövşən Nəcəf daha sonra qeyd edib: İnanıram ki, bu proqram enerji siyasətinin gücləndirilməsinə, təmiz, təhlükəsiz, səmərəli və dayanıqlı enerji həllərinin təkmilləşdirilməsinə, bu sektorda yüksək ixtisaslı mütəxəssislərin yetişməsinə, həmçinin Azərbaycanın və regionun enerji təhlükəsizliyinə dəyərli töhfə verəcəkdir.