04 iyul 2023 10:59
436

Bulvarda dekorativ ağaca zədə vurulması ilə bağlı bir nəfər saxlanıldı- FOTO

Dənizkənarı Milli Parkda dekorativ ağaca zədə vurulması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb.

DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev  “İki sahil”ə bildirib ki, polis əməkdaşları tərəfindən həmin qadın müəyyən olunaraq saxlanılıb.

O, izahatında törətdiyi əməli etiraf edib.

Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.